Tibbi xəbərlər
Süni intellekt ürək dayanmasını 14 gün əvvəlcədən
Tibbi xəbərlər
361

Süni intellekt ürək dayanmasını 14 gün əvvəlcədən PROQNOZLAŞDIRDI

Fransa və ABŞ-dan olan alimlər ölümcül aritmiyanın riskini hadisədən 14 gün əvvəl müəyyən edə bilən neyron şəbəkə hazırlayıblar.

E-saglam.az UNİAN-a istinadən xəbər verir ki, süni intellektin öyrədilməsi üçün ABŞ-dan Hindistana qədər 6 ölkədən toplanmış 240 min gündəlik EKQ (elektrokardioqram) məlumatı istifadə olunub.

Alqoritm yalnız risk zonasındakı pasiyentləri 70% dəqiqliklə müəyyənləşdirmir, həm də tam sağlam şəxsləri 99,9% dəqiqliklə ayırd edə bilir.

Modelin əsasını beynin fəaliyyətini təqlid edən neyron şəbəkə təşkil edir. Bu sistem ürəyin fəaliyyətindəki "zəif siqnalları" aşkar edir və onların yaxın gələcəkdə aritmiya riskinə işarə etdiyini müəyyənləşdirir. Burada əsas parametr kimi mədəciklərin stimulyasiya və relaksasiya (istirahət) vaxtı götürülür.

Növbəti mərhələ isə klinik sınaqlardır. Məqsəd bu süni intellekt sistemini real tibbi praktikaya tətbiq etməkdir. (Musavat.com)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun