Uelsdən olan Trinity Davenport süni intellektə ovucunun şəklini göndərərək əyləncə məqsədilə ovuc falı soruşdu. Lakin bu sadə oyun həyatını xilas edən bir xəbərdarlığa çevrildi.
E-saglam.az xəbər verir ki, Trinity-nin sorğusuna cavab verən neyron şəbəkə onun ovucunda qeyri-adi görünüşlü bir ləkə — mümkün təhlükəli köstebek aşkar etdiyini bildirib və mütləq həkimə müraciət etməsini tövsiyə edib. Gənc qız bu xəbərdarlığı ciddi qəbul edərək xəstəxanaya üz tutub.
Həkimlər aparılan müayinələrdən sonra Trinity-də nadir dəri xərçəngi növü olan akral lentiginoz melanomanın ilkin mərhələsini aşkarlayıblar. Dərhal başlanan müalicə nəticəsində xəstəlik nəzarət altına alınıb və Trinity remissiyaya daxil olub. Hazırda o, ev şəraitində sağalma prosesini davam etdirir.
Bu hadisə süni intellektin təsadüfi də olsa, həyati əhəmiyyət daşıyan siqnallar verə biləcəyini bir daha göstərdi.
Tərcümə: Könül Oruc