Əsnəmək yorğunluğun tipik əlamətlərindən biridir. Ancaq bəzən özümüz yorulmasaq da, başqası əsnədiyi üçün də əsnərik. Mütəxəssislər bunun niyə baş verdiyini izah etdilər.
E-saglam.az xəbər verir ki, elm adamları əsnəməyin dəqiq məqsədini dəqiqləşdirməyiblər, lakin bəzi modellər bunun beynə oksigeni artırmaq və bununla da sizi oyandırmaq məqsədi daşıdığını irəli sürür. Bununla belə, digər nəzəriyyələr əsnəməyin beynin temperaturunu aşağı saldığını və beləliklə, onu soyutduğunu göstərir.
Sosial biologiya modellərinə görə, kollektiv əsnəmə empatiya ilə idarə olunmalıdır. Beyində güzgü neyronları deyilənlər başqa bir insanın əsnəməsini təqlid etməyimizə səbəb olur. Tədqiqatlar onu da göstərib ki, əsnəyən insanı nə qədər yaxşı tanısaq və onu nə qədər çox bəyənsək, hərəkət bir o qədər yoluxucu olur. Kollektiv əsnəmə yorğun qrup üzvünə şəfqət ifadə etmək və bununla da sosial birliyi gücləndirmək məqsədi daşıyır.
Tərcümə: Könül Oruc