Katie Spinks adllı qadın ilk üç hamiləliyini heç bir problem olmadan keçirib və təbii yolla iki gözəl sağlam qız və bir oğlan dünyaya gətirib. Lakin dördüncü hamiləliyində dəhşətli hadisə ilə üzləşib.
E-saglam.az "Daily mail"ə istinadla xəbər verir ki, 35 yaşlı qadın hamiləliyinin 39 həftəsində doğuş üçün xəstəxanaya gedib. Ona sancıları təşviq etmək üçün dərman istifadə edilib. Bundan sonra o, dərmanların səbəb olduğu nadir bir fəsadla üzləşib. Belə ki, bu dərman uşaqlığının yırtılmasına və fəlakətli daxili qanaxmaya səbəb olub.
O, öz həyatı üçün mübarizə apararkən, doğulmamış körpəsi təxminən 30 dəqiqə oksigen və qan axınından məhrum olub və bu, geri dönməz beyin zədələnməsinə səbəb olub.
Nəticədə, indi beş yaşında olan həmin qızı Jolene, epilepsiya, eşitmə itkisi, serebral iflic və qidalanma borusundan asılılıq da daxil olmaqla bir sıra zəiflədici şərtlərlə yaşayır.
Tərcümə: Könül Oruc