Gözəllik-dəb
Qoltuq altındakı xoşagəlməz iydən
Gözəllik-dəb
132

Qoltuq altındakı xoşagəlməz iydən sadə üsulla xilas olun

Bəzən dezodorant qoltuqaltı qoxusunun qarşısını almaq üçün kifayət etmir.

E-saglam.az xəbər verir ki, dermatoloq Sina Ghadiri bu problemin öhdəsindən gəlməyə kömək edə biləcək sadə bir vasitə haqqında danışdı.

Onun sözlərinə görə, xoşagəlməz qoxudan xilas olmaq üçün ən yaxşı məhsul qlikolik turşudur. Şəkər qamışından əldə edilən bir növ alfa hidroksi turşusudur. O, həmçinin hiperpiqmentasiya üçün istifadə olunur və effektiv aşındırıcıdır.

Qlikolik turşu dezodorantı əvəz etmək üçün nəzərdə tutulmayıb, çünki o, tər istehsalını dayandırmır. Bununla belə, dərinin pH səviyyəsini aşağı salaraq və qoxuya səbəb olan bakteriyaların sağ qalmasını çətinləşdirərək bədən qoxusunu azaltmağa kömək edir.

Bu arada, Sina Ghadiri xəbərdarlıq edir ki, qlikolik turşudan istifadə bəzi risklərlə müşayiət olunur. Digər aşındırıcılar kimi dərini qıcıqlandıra bilər, xüsusən də nazik və yumşaq olduğu yerlərdə, məsələn, qoltuq altında. Bu, qızartı, soyulma və həssaslığa səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun