Xəbərlər
Subayların və evdar qadınların arzuladığı robot hazırlanıb:
Xəbərlər
403

Subayların və evdar qadınların arzuladığı robot hazırlanıb: Paltar ütüləyir, süfrə qurur, çiçək sulayır...

Çində texnologiyanın humanoid möcüzəsi nümayiş olunub. Süni intellektə malik yeni robot süfrə qurmağı, sendviç hazırlamağı, paltar ütüləməyi, otağı tozsoranla təmizləməyi, şəkil çəkməyi, çiçək sulamağı və s. bacarır.

E-saglam.az xəbər verir ki, bu barədə “Astribot S1” şirkətindən xəbər verilib.

Bildirilib ki, insanabənzər robot inkişaf etmiş motor bacarıqları olan ətraflara malikdir. Onun qolları 10 m/san sürətlə hərəkət etməyə və 10 kiloqrama qədər olan yükləri qaldırmağa qadirdir.

Bununla əlaqədar paylaşılan videoda “S1”in insan hərəkətlərini nə qədər dəqiq təqlid etdiyi göstərilir. Şirkət onun inkişafına təxminən bir il sərf edib.

“Astribot” iddia edir ki, insanabənzər robot 2024-cü ilin sonuna qədər satışa çıxmalıdır.

Mənbə: KP.ru / Oxu.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun