Qidalanma
Şorba yeyərkən çox adam bu səhvi edir -
Qidalanma
343

Şorba yeyərkən çox adam bu səhvi edir - Həkim açıqladı

Qastroenteroloq Anton Zaqaynov şişkinlik və qarın ağrısının qarşısını almaq üçün şorbaları və hətta bulyonları çeynəməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, hər cür qida, o cümlədən maye qidalar tüpürcəklə ilkin emaldan keçməlidir. Bu, həzmi yaxşılaşdırır və mədə məzmununun bağırsaqlara daxil olmasını 15-20 faiz sürətləndirir.

Həkim bildirib ki, çeynəmə prosesi mədə fermentlərinin istehsalını aktivləşdirir və sinir sistemini həzmə hazırlayır. Əgər yeməklər tələsik udularsa, toxluq hissini tənzimləyən hormonların ifrazı azalır. Buna görə də, Zaqaynov şorba və bulyonları ən azı 10 saniyə çeynəməyi və yemək üçün 15-20 dəqiqə vaxt ayırmağı tövsiyə edib.

Xüsusilə tərəvəz parçaları olan şorbalar içmək əvəzinə çeynənərsə, 20 faiz daha yaxşı həzm olunur. Natamam həzm və meteorizmin qarşısını almaq üçün püresi dənli və tərəvəzli şorbaları yaxşıca çeynəmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun