Faydalı
Sizi sümük xəstəliklərindən qoruyacaq qidalar yeyin
Faydalı
161

Sizi sümük xəstəliklərindən qoruyacaq qidalar yeyin

Sümük insan orqanizminin ən önəmli bir hissəsidir. Sümüklərin möhkəm saxlamaq üçün düzgün qidalanmalı, orqanizmi vitaminlə təmin etməliyik.

E-saglam.az xarici KİV-ə istinadən sümükləri möhkəmlədən və xəstəliklərdən qoruyacaq vasitələr təqdim edir:

İlk növbədə orqanizmi D vitamini ilə zənginləşdirmək lazımdır. Bunun üçün bol-bol günəş vannası qəbul edib, dərman formasında olan D vitamini içilməlidir. Eyni zamanda balıq, süd məhsulları da orqanizminizi D vitamini ilə təmin edəcək.

Kalsium və fosfor da sümük üçün önəmlidir. Kalsiumu ağartı məhsulları, brokoli, göyərtilər, yaşıl yarpaqlı tərəvəzlərlə ala bilərsiniz. Fosfor isə suyun, toyuq və süd məhsullarının tərkibində olur.

Sümükləri möhkəmləndirən kollageni sizə C vitamini verəcək. Bu vitamin sitrus meyvələrinin tərkibində daha çoxdur. Yaşıl bibər, badımcan, kabak yeyə bilərsiniz. K vitamini də kollageni artırır. Bunun üçün ispanaq, bamiya, brokolli, zeytun yağı və yaşıl çay qəbul edin.

Sümük ağrılarını yaradan amillərdən biri də B12 vitaminidir. Bu isə qırmızı ət, yumurta və süd məhsullarında olur. Eyni zamanda kartov və banan yeyin.

Ümumilikdə sizi sümük xəstəliklərindən qoruyan qidalar bunlardır:

süd məhsulları, lobya, fıstıq, qoz, badam, brokolli, balıq, quru meyvələr, su, bibər, toyuq, kivi, əncir, yaşıl tərəvəzlər./axşam.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun