Xəstəliklər
Siqaret çəkmək intihar riskini artırır
Xəstəliklər
110

Siqaret çəkmək intihar riskini artırır

Siqaret çəkməklə intihara meyillilik arasında müəyyən əlaqə var.

E-saglam.az xəbər verir ki, bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalının araşdırmasında deyilir.

Araşdırmaya görə, siqaret çəkmək intihar riskini 2,5 dəfə artırır. Lakin insan siqaret çəkməyi buraxarsa, bu nisbət azalır. Siqaret çəkənlərdə intihara meyillilik ehtimalı 1,84 dəfə, siqareti buraxanlarda isə 1,35 dəfə çoxdur.

“COVİD-19 pandemiyası zamanı aparılan müşahidələr göstərir ki, siqaret çəkən qadınların intihar riski siqaret çəkən kişilərə nisbətən daha yüksəkdir”, - deyə qeyd olunur.

Alimlərin fikrincə, tütünlə intihar arasındakı əlaqənin mümkün bioloji izahlarından biri də nikotinin mərkəzi sinir sisteminə təsiri ola bilər. Nikotin beyin duyğularının meydana gəlməsində iştirak edən hissənin - hipokampustakı serotonin səviyyəsini aşağı salır./axar.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun