Psixologiya
Psixiatr stresin
Psixologiya
141

Psixiatr stresin gizli əlamətlərini açdı

Stressin gizli əlamətlərini qaçırmaq asan ola bilər, lakin psixi sağlamlığınızı qorumaq üçün onları tanımaq vacibdir.

E-saglam.az xəbər verir ki, Hyustondakı Baylor Tibb Kollecində icma psixiatriyasının direktoru Asim Şah belə deyir.

"Stressin görünən simptomları olduqca açıqdır - əsəbilik, qəzəb, səbirsizlik, əzələ gərginliyi. Belə əlamətlər ailə üzvləri, dostlar və həmkarlar tərəfindən fərq edilə bilər.

Stressin səssiz simptomları insanların həyatına marağının itirilməsini əhatə edə bilər. Bir zamanlar həzz aldıqları şeyləri etməyi dayandırırlar. Onlar narahat, əsəbi və ya qorxacaqlar və əvvəllər etdikləri şeyləri etməkdən çəkinəcəklər, çünki bu, onları sıxır".

Psixiatr həmçinin stressin digər gizli simptomları kimi kilo itkisi və ya artım, qəsdən saç dartma və ya dırnaq yemələri sadalayır.

Asim Şah stresin öhdəsindən gəlmək üçün ilk növbədə fiziki fəaliyyət və istirahət texnikalarından başlamağı tövsiyə edir.

Meditasiya, dərin nəfəs məşqləri və ya ailəniz və dostlarınızla vaxt keçirə bilərsiniz. Fiziki fəaliyyət üçün gəzintiyə çıxın, sevdiyiniz idmanla məşğul olun və ya yoqa və ya tai chi ilə məşğul olun.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun