Tibbi xəbərlər
Piylənmə və diabet hansı xəstəliyin
Tibbi xəbərlər
180

Piylənmə və diabet hansı xəstəliyin gizli nəticələridir?

Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) olan insanlar daha çox piylənmə və şəkərli diabetdən əziyyət çəkirlər.

E-saglam.az-ın xəbərinə görə, bu barədə rusiyalı tibb elmləri namizədi, Piroqov Universitetinin psixiatriya və tibbi psixologiya kafedrasının dosenti İrina Kireyeva "RİA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 30 000 yetkin xəstəni əhatə edən, diqqət əskikliyi və hiperaktivlik sindromuna malik insanlar arasında aparılan araşdırmalar zamanı mütəxəssislər belə insanların psixi və fiziki xəstəliklərinin daha çox olduğunu müəyyən ediblər.

"Tədqiqatlarda daha çox piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərindən bəhs edilir. Bu, qeyri-sağlam həyat tərzi və xroniki stres, əlaqəli psixi pozğunluqlar və ümumi genetik faktorlarla bağlı ola bilər", - deyə Kireyeva bildirib.

O qeyd edib ki, DƏHS-ə malik olan uşaqların 87%-i komorbid psixi pozğunluqlardan əziyyət çəkir. Həmçinin bu sindromun simptomları depressiya, maniakal və narahatlıq halları, bipolyar affektiv pozğunluq, autizm və şəxsiyyət pozğunluğu kimi bir çox psixi pozğunluq və xəstəliklərdə də müşahidə olunur.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun