Tibbi xəbərlər
“Sevinc Heydərovanın xeyrinə qərarlar verirdi...” – Flora Kərimovanın köməkçisi məhkəmədən danışdı
Tibbi xəbərlər
532

“Sevinc Heydərovanın xeyrinə qərarlar verirdi...” – Flora Kərimovanın köməkçisi məhkəmədən danışdı

“Biz bütün faktları təqdim etmişik, indi məhkəmənin qərarını gözləyirik. Ümid edirik ki, Ali Məhkəmə Sevinc Heydərova ilə bağlı ədalətli qərar verəcək”.

E-saglam.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Əli Davud deyib. O bildirib ki, müğənni ixtisasca nevroloq olan, lakin uzun müddət plastik-cərrah sertifikatı ilə fəaliyyət göstərən Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini davam etdirir:

“Flora xanım 4 dəfə ekspertizadan keçdi. Hətta sonuncu dəfə özümüz də ekspert cəlb etdik. Bununla belə məhkəmə Sevinc Heydərovanın xeyrinə qərar çıxardı.  Hazırda işə Ali Məhkəmə baxır. Güman edirik ki, həkimin sertifikatı ləğv olunduqdan sonra məhkəmə daha ona haqq qazandırmayacaq”,-deyə o bildirib.

Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovanı uğursuz əməliyyata görə məhkəməyə verib. O, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını görüb, görmə qabiliyyəti tamamilə zəifləyib.

F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Səhiyyə Nazirliyi onun plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun