Tibbi xəbərlər
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir
Tibbi xəbərlər
242

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir.

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə məlumat yayıb.

Bildirilib ki, vəsaitin alınması məqsədi ilə istifadəçilərə saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.

Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun