Həyat keyfiyyətini yaxşılaşdırmaq və arıqlamaq istəyənlər, nizamlı qidalanmaq və idman etməklə yanaşı, həmçinin əlavə kalori qəbul etməmək üçün bəzi qidalarla bu vəziyyəti dəstəkləməkdədirlər. Bəs bu halda nə istehlak edilməlidir?
E-saglam.az xəbər verir ki, həm səhər yeməyi, həm də qəlyanaltı kimi istifadə edə biləcəyiniz bəzi qidalar, gün boyu qəfil aclığın və ya şirin istəklərin qarşısını alır, daha uzun müddət tox qalmağınıza imkan verir. Xüsusilə yüksək lifli qidalar, digər karbohidratlar kimi həzm oluna bilmədiklərindən orqanizmin həzm prosesini bir az ləngidə və aclıq hissini gecikdirə bilərlər. Proteinlə zəngin qidalar aclıq hormonlarınızı tənzimləməyə və iştahla mübarizə aparmağa kömək edə bilər. Hər gün istehlak edə biləcəyiniz qidaları təqdim edirik.
Püstə
Ani aclıq zamanı rahatlıqla istehlak edilə bilən bir neçə püstə həm sizi daha uzun müddət tox saxlaya bilər, həm də əlavə kalori qəbulunun qarşısını ala bilər. Mütəxəssis Dietoloq Lauren Manaker deyir ki, püstədə olan bitki mənşəli zülal sizi uzun müddət tox saxlaya bilər və bu qəlyanaltıda çoxlu vacib amin turşuları var; O, bunun sağlam seçim təklif etdiyini bildirir.
Meyvələr və qoz-fındıq-badam
Dietoloq Amy Goodson, qarışıq meyvə və qoz-fındıqların birlikdə istehlakının ən yaxşı seçimlərdən biri olduğunu bildirir. Üstəlik sevdiklərinizi evdə toplayaraq özünüzə uyğun miks siyahısı hazırlaya bilərsiniz. Goodson bildirir ki, qoz və badam toxluq üçün sağlam yağlar təmin edir, eyni zamanda zülal dəstəyi verir, balqabaq toxumu isə maqnezium və dəmir ehtiyatlarına faydası olduğunu bildirir. Bu yolla həm sağlam, həm də sizi bütün gün tox saxlayacaq bir variant seçə bilərsiniz.
Avokado tostu
Avokado ilə yanaşı, sağlam yağlar və yüksək lif tərkibi ilə yanaşı, folat, maqnezium və E vitamini kimi vitaminlərlə dolu superfood siyahısındadır. Yalnız bir neçə dilim avokado sizə lazım olan lifi təmin edərkən sağlam qida alternatividir. Goodson qeyd edir ki, avokadolar toxluq üçün mono doymamış yağlar təmin edir, tam taxıllı tost isə lif və davamlı enerji verir.
Süd
Bir stəkanda təbii karbohidratlar və 8 qram protein olan süd qida baxımından çox zəngin bir içkidir. Manakerə görə, tərkibindəki yağ, zülal və karbohidratla makronutrient dəstəyi təmin edir. Qudson əlavə edir ki, süddə yüksək keyfiyyətli zülal, B vitaminləri, kalsium, D vitamini, yod, elektrolit kalium, antioksidant selen və s. daxil olmaqla, 13 əsas qida maddəsi var. Buna görə də, süd orqanizm üçün faydalıdır.
Könül Oruc