Qidalanma
Səhər oyanan kimi əsla bu səhvi
Qidalanma
3733

Səhər oyanan kimi əsla bu səhvi ETMƏYİN

Dünyada milyonlarla insan səhər oyanan kimi günə kofe içməklə başlayır.

E-saglam.az xəbər verir ki, Türkiyənin məşhur kardioloqu Vecihe Özlem Bozkaya ürək həkimi olaraq qəhvə içmək üçün doğru vaxtı açıqlayıb.

O bildirib ki, səhər oyanan kimi qəhvə içmək məsləhət görülmür:

"Kofe içmək üçün erkən saatları seçməyək. Bu saatlarda kortizol hormonu onsuz da yüksək olur. Kortizol böyrəküstü vəzinin qabıq bölgəsində istehsal olunan, orqanizmin stressə reaksiyasını tənzimləyən bir hormondur. Buna görə də qəhvə kortizol səviyyəsinin azaldığı saatlarda istehlak edilməlidir".

Həkimin fikrincə, erkən oynan insanlar üçün ən doğru vaxt 09.30-11.30 aralığıdır:

"Kofe içmək enerjimizi dəstəkləyir. Erkən oyanan bir fərd üçün bu, səhər saat 09.30-11.30, günorta isə saat 13.00-17.00 civarındadır. Yuxu problemi olan şəxslər isə ən geci saat 18.00-a qədər tərkibində kofein olan içkilərdən imtina etməlidirlər”.

Mənbə: Musavat.com 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun