Tibbi xəbərlər
Sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyaya cəlb olunacaq - FOTO
Tibbi xəbərlər
159

Sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyaya cəlb olunacaq - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan daha bir layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir.

Nazirlikdən verilən məlumata görə, “Sağlamlıq imkanları məhdud uşaqların sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlanan layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reablitasiya mərkəzləri təşkil olunub. 

Həmin mərkəzlərdə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri həyata keçirilir, habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun