Faydalı
Sağlam həyatın SİRRİ:
Faydalı
276

Sağlam həyatın SİRRİ: Balqabaq toxumu və qaynar su

Balqabaq toxumu, qidalandırıcı xüsusiyyətləri ilə sağlam həyat üçün əvəzolunmaz bir qida mənbəyidir.

E-saglam.az xəbər verir ki, bir ovuc balqabaq toxumu və bir stəkan qaynar su ilə gündəlik həyatda enerjinizi artıraraq sağlamlığınıza fayda verə bilərsiniz.

Belə ki, balqabaq tumunun faydalarından yararlanmaq üçün yatmazdan əvvəl bir ovuc balqabaq tumunu yemək və üzərindən bir stəkan qaynar su içmək kifayətdir. Bu üsul həzm sisteminin çox daha sürətli işləməsinə imkan verir və qəbizlik şikayəti sona çatır.

Qidalandırıcı xüsusiyyətlər: Balqabaq toxumu, vitaminlər və minerallarla zəngindir, immuniteti gücləndirir, ürək sağlamlığını dəstəkləyir və enerjini artırır.

Zülal və lif mənbəyi: Balqabaq toxumları zülal və liflə zəngindir, bu da toxluq hissi yaradaraq həzm sistemini dəstəkləyir.

Mineral tərkibi: Maqnezium, sink, dəmir və kalium kimi minerallar bədən funksiyaları üçün vacibdir və daim istehlak edildikdə sağlam həyat üçün önəmlidir.

Ürək dostu: Omeqa-3 yağ turşuları ilə zəngin olan balqabaq toxumu, ürək-damar xəstəlikləri riskini azaldır.

Antioksidanlar: Balqabaq toxumu antioksidantlarla zəngindir və sərbəst radikalların zərərli təsirlərindən qoruyur, hüceyrə zədələnməsinin qarşısını alır.

Enerji mənbəyi: Sağlam yağlar və zülallar sayəsində uzunmüddətli enerji təmin edir. İdmançılar və aktiv həyat tərzi keçirənlər üçün ideal qəlyanaltıdır.

Digər faydaları: Balqabaq toxumu diabet riskini azaldır, xərçəng əleyhinə xüsusiyyətlərə malikdir, pis xolesterin səviyyəsini aşağı salır, yuxu keyfiyyətini artırır, pəhriz qəlyanaltısı üçün uyğundur, bədəndəki parazitləri aradan qaldırmağa kömək edir, sidik kisəsinin sağlamlığını dəstəkləyir, sümük əmələ gəlməsi üçün vacibdir, və s.

Balqabaq toxumu həmçinin saç və dəri sağlamlığını gücləndirir, sperma keyfiyyətini artırır, prostat sağlamlığını qoruyur və immuniteti gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun