Gözəllik-dəb
Saçımızı yuyarkən hansı səhvlərə yol veririk?
Gözəllik-dəb
351

Saçımızı yuyarkən hansı səhvlərə yol veririk?

Britaniyalı bərbər Pol Uindl saçın yuyulması zamanı yol verilən səhvlərdən danışıb.

Bu barədə E-saglam.az MK.ru-ya istinadən xəbər verir.

Mütəxəssis qeyd edib ki, saçı çox qaynar su ilə yumaq olmaz. Onun fikrincə, yüksək temperatur saç uclarının qırılmasına gətirib çıxarır. Ona görə də sadəcə isti sudan istifadə etmək lazımdır.

Pol Uindl yaş saçları daramağı da tövsiyə etməyib.

"Yaş saçlar daha elastik və zərifdir, ona görə də daramaq qırılmalara səbəb ola bilər", - deyə o bildirib.

Mütəxəssis, həmçinin saçları duş qəbul etməzdən əvvəl daramağı məsləhət görüb.

Bərbər hesab edir ki, saçın köklərinə kondisioner vurmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, saçları gec-gec yumaq da doğru deyil.

"Bu zaman baş dərisindəki məsamələr yağlanma nəticəsində tıxanır və bu da problemlərə yol aça bilər", - deyə o qeyd edib.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun