Tibbi xəbərlər
Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb
Tibbi xəbərlər
100

Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan idxal olunan “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella

Bu barədə E-saglam.az-a AQTA-dan məlumat verilib.

Agentliyin müvafiq bildirişi əsasında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.

Rusiya tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

AQTA-nın qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun