Tibbi xəbərlər
Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı
Tibbi xəbərlər
385

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunub

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.

Bu barədə E-saglam.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. 

Bildirilib ki, 59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb. 

10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.

Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir. Respublika Klinik Xəstəxanasında olduğu kimi TƏBİB-in digər tabeli tibb müəssisələrində sözügedən istiqamətlərdə işlər davam etdirilir. 2023-cü ilin noyabr ayında Qubada Regional Travmatoloji Mərkəz yaradılıb və hazırda fəaliyyətini uğurla davam etdirir. Yaxın gələcəkdə digər regionlarda da travmatoloji mərkəzlərin yaradılması nəzərdə tutulub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun