Qidalanma
Ramazanda ürəyi yormadan necə qidalanmalı?
Qidalanma
420

Ramazanda ürəyi yormadan necə qidalanmalı? QIZIL dəyərində məsləhətlər

Ürək xəstələri Ramazan ayında qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.

E-saglam.az xəbər verir ki, stabil ürək problemi olanlar həkim məsləhəti ilə oruc tuta bilər, lakin ciddi ürək xəstəlikləri olanlara tövsiyə edilmir.

İftar və imsakda yüngül və balanslı qidalar seçilməlidir. Susuzluq ürəyə yük saldığı üçün kifayət qədər su içmək vacibdir. Dərmanların qəbul saatları iftar və imsaka uyğun tənzimlənməlidir.

İmsakda tox tutan lifli və proteinli qidalara üstünlük verilməlidir. Yağlı və ağır yeməklər ürəyə mənfi təsir göstərə bilər.

İftara xurma və su ilə başlamaq, sonra yüngül yeməklər qəbul etmək məsləhətdir. Tez və çox yemək həzmi çətinləşdirə və qan təzyiqini yüksəldə bilər. Şirniyyat və duzlu qidaların həddindən artıq istehlakından çəkinmək lazımdır.

Yuxu rejiminin pozulması ürəyə əlavə stress yarada bilər. Qan təzyiqi və ürək döyüntüsündə dəyişikliklərə diqqət edilməlidir.

Ürək çatışmazlığı və nəzarətsiz hipertoniya olan şəxslər üçün oruc təhlükəli ola bilər. Son aylarda ürək əməliyyatı keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Hər hansı narahatlıq yaranarsa, dərhal həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun