Tibbi xəbərlər
Qusarda vətəndaşlara
Tibbi xəbərlər
491

Qusarda vətəndaşlara VAXTI KEÇMİŞ dərmanlar verilir?

Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verildiyi iddia olunur.

E-saglam.az xəbər verir ki, məlumatı "Şimal xəbərləri"nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb.

O qeyd edib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır - red.) tibb işçilərinin "WhatsApp" qrupuna bu cür mesaj göndərib:

"Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq".

"Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu "WhatsApp" yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq", - deyə M.Mehdiyev əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən məsələ araşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun