Tibbi xəbərlər
Quru öskürək şikayəti ilə həkimə getdi:
Tibbi xəbərlər
384

Quru öskürək şikayəti ilə həkimə getdi: Ağciyərindən 12 mm-lik metal çıxdı

Afyonkarahisarda yaşayan 37 yaşlı B.Ö. quru öskürək şikayəti ilə xəstəxanaya müraciət etdikdə, ağciyərində 12 mm-lik metal lopa olduğu müəyyən edilib. Sən demə, o, dodaqları arasında saxladığı metal lopanı ehtiyatsızlıqdan udub və yad cisim nəfəs borusuna ilişib.

E-saglam.az xəbər verir ki, Afyonkarahisar Sağlamlıq Elmləri Universitetində aparılan müayinələr zamanı yad cismin sağ ağciyərin bronxunda yerləşdiyi aşkar edilib. Cərrahiyyə əməliyyatı uğurla başa çatıb və metal lopa çıxarılıb. Sinə cərrahı Dos. Dr. Əhməd Dumanlı yad cisimlərin nəfəs yollarında ciddi fəsadlar yarada biləcəyini vurğulayaraq, xəstənin şanslı olduğunu bildirib.

Əməliyyatdan sonra xəstənin vəziyyəti stabilləşib və o, evə buraxılıb. Həkimlər belə halların təhlükəli olduğunu xatırladaraq, insanlara dodaqları arasında əşya saxlamamaq barədə xəbərdarlıq ediblər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun