Xəbərlər
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı
Xəbərlər
225

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı vacib açıqlama

Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər.

E-saglam.az xəbər verir ki, Globalinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:

“Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı çərçivəsinə çəkilməsi məsləhətdir. Çünki qapının üstündən möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir”.

Qurban Yetirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çilçıraqdan uzaq durmaq lazımdır:

“Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər. Lakin onlar elə yerdə dayanmalıdırlar ki, binadan bir hissə qopub düşəndə, yaxud ağac aşanda xəsarət almasınlar”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun