Tibbi xəbərlər
Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda ilk növbədə nə etmək lazımdır?
Tibbi xəbərlər
236

Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda ilk növbədə nə etmək lazımdır?

Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda ilk növbədə nə etmək lazımdır?

"Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır".

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova deyib.

O qeyd edib ki, quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur.

"Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir", - şöbə müdiri vurğulayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun