Rəngarəng və müxtəlif qidalardan istifadə etmək güclü immun sisteminin qurulmasında mühüm addımdır.
E-saglam.az qrip, soyuqdəymə, yüksək hərarət, boğaz ağrısı və baş ağrısı kimi bir çox xəstəliklə mübarizə aparmaq üçün güclü bir immunitetə sahib olmaq vacibdir. İmmunitet sistemini qidalanma, idman və yuxu keyfiyyətinə fikir verməklə gücləndirmək olar.
Aşağıda sadalanan qidaları balanslı şəkildə istehlak etmək immunitet sistemini dəstəkləyə və xəstəliklərə qarşı müqavimətinizi artıra bilər:
Sarımsaq: Mikrob əleyhinə xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini dəstəkləyir.
Zəncəfil: İltihab əleyhinə xüsusiyyətə malik olan zəncəfil soyuqdəymə kimi xəstəliklərə qarşı qoruyucu təsirə malikdir.
Zərdəçal(Sarıkök): Tərkibində curcumin adlı bir birləşmə olan zərdəçal xərçəng əleyhinə, iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
Bal: Antitümör və antimodulyator təsirə malik olan bal immunitet sistemini dəstəkləyir.
Qaragilə: Antioksidantlarla zəngin olan qaragilə immunitet sistemini dəstəkləyir.
Balıq: Somon və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və immunitet sistemini dəstəkləyir.
Tərkibində C vitamini olan qidalar: Sitrus meyvələri, zoğal, kivi, cəfəri, ispanaq, kələm, brokoli və rəngli bibər kimi tərkibində C vitamini olan qidalar immunitet sistemini gücləndirir.
Tərkibində A vitamini olan qidalar: Kök, balqabaq və şirin kartof kimi tərkibində A vitamini olan qidalar immunitet sistemini dəstəkləyir.
Probiotiklər: Qatıq və ayran kimi tərkibində probiotik bakteriyalar olan qidalar həm iltihab əleyhinə, həm də mikrob əleyhinə təsir göstərir.
Tərkibində sink olan qidalar: Sink çatışmazlığı allergiya və infeksiyalara səbəb ola bilər. Yumurta, paxlalılar və çiy qoz-fındıq sinklə zəngin qidalardır və diyetə əlavə edilməlidir.
Su: Bədənin müqavimətini artırmaq və immuniteti gücləndirmək üçün gündə ən azı 2 litr su istehlak etmək vacibdir.
Tərcümə etdi: Könül Oruc