Xəbərlər
Qoşqar Təhməzli: "Zoonoz xəstəliklərinə yoluxan heyvanların sayı 2,3 faizə qədər azalıb"
Xəbərlər
177

Qoşqar Təhməzli: "Zoonoz xəstəliklərinə yoluxan heyvanların sayı 2,3 faizə qədər azalıb"

"Aparılan baytarlıq nəzarəti tədbirləri nəticəsində zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 2018-ci illə müqayisədə 2022-ci ildə 5 faizdən 2,3 faizə qədər azalıb".

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2023" və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, heyvan sağlamlığının təmin edilməsi üçün heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb: "Bu mərhələli şəkildə həyata keçirilir. Heyvan kəsiminin tənzimlənməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 106-ya çatdırılıb".

Q.Təhməzli Azərbaycan məhsullarının xaricə icracına da toxunub:

"Türkiyəyə nodulyar dermatit xəstəliyi ilə bağlı heyvan və heyvan mənşəli məhsulların ixracı, Qazaxıstana atların manqo xəstəliyi ilə bağlı at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər 2021-ci il tarixdən aradan qaldırılıb", - vurğulayıb.

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun