Qidalanma
Qocalıqda da qartal kimi görmək mümkündür:
Qidalanma
989

Qocalıqda da qartal kimi görmək mümkündür: Mütəxəssislər sadə və təsirli həll yolunu açıqladılar

Rəqəmsal cihazların artan istifadəsi göz sağlamlığına mənfi təsir edir. Uzun müddət ekran qarşısında olmaq göz yorğunluğu, quruluq və bulanıq görmə kimi problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər isə bu problemlərin qarşısını almaq üçün sadə və effektiv üsul təklif edir: göz yoqası.

Göz yoqası nədir?

Göz yoqası, göz əzələlərini gücləndirmək və rahatlaşdırmaq üçün xüsusi məşqlərdən ibarətdir. Bu üsul göz yorğunluğunu azaldır, görmə qabiliyyətini artırır və ekran istifadəsinin mənfi təsirlərini minimuma endirir.

Göz yoqasının faydaları

Mütəxəssislər qeyd edir ki, göz yoqası göz əzələlərini rahatlaşdıraraq quruluq, sancma və yorğunluq kimi problemlərin qarşısını alır. Həmçinin elmi araşdırmalar göstərib ki, göz yoqası uzun müddət ekran qarşısında olan insanlarda göz yorğunluğunu 50%-ə qədər azalda bilər.

Göz yoqası necə edilir?

  1. Yuxarı-aşağı hərəkət: Gözlərinizi yuxarı və aşağı hərəkət etdirin, 5-10 dəfə təkrarlayın.
  2. Sağa-sola hərəkət: Gözlərinizi sağa və sola çevirin, 5-10 dəfə edin.
  3. Fokus məşqi: Bir obyektə 20 saniyə baxın, sonra başqa bir nöqtəyə yönəlin.
  4. Dairəvi hərəkət: Gözlərinizi sağa, sola, yuxarı və aşağı hərəkət etdirin.
  5. Gözləri yumub istirahət etmək: Gözlərinizi yumub bir neçə saniyə istirahət edin.

Göz sağlamlığını qorumağın digər yolları

  • Ekran vaxtını məhdudlaşdırın və hər 20 dəqiqədən bir fasilə verin.
  • Yaxşı işıqlandırma şəraitində işləyin.
  • Müntəzəm göz müayinələrindən keçin.
  • A vitamini, C vitamini və omeqa-3 ilə zəngin qidalar istehlak edin.

Göz yoqasına bu gün başlayaraq, görmə qabiliyyətinizi qorumaq üçün addımlar ata bilərsiniz. Gözləriniz diqqət və qayğıya layiqdir!

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun