Tibbi xəbərlər
Qızıl dəyərindədir, amma bilinmir -
Tibbi xəbərlər
459

Qızıl dəyərindədir, amma bilinmir - Xərçəngdən qoruyur, qan hüceyrələrini artırır

Qırmızı bibər yalnız rəngi və dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da mətbəximizin əvəzolunmaz tərəvəzlərindəndir. Lakin çox vaxt bu tərəvəzin toxumlarını bişirməzdən və ya yeməzdən əvvəl atırıq.

E-saglam.az xəbər verir ki, halbuki qırmızı bibər toxumları əslində orqanizm üçün mühüm qida mənbəyidir və onları düzgün şəkildə istehlak etməklə immun sistemini gücləndirmək, xərçəng riskini azaltmaq mümkündür.

Tərkibindəki güclü antioksidantlar sağlam qalxan yaradır

Qırmızı bibər toxumları tərkibindəki antioksidant və fitokimyəvi maddələr sayəsində orqanizmdə xərçəng hüceyrələrinin yayılmasının qarşısını almağa kömək edə bilər. Xüsusilə kolon (yoğun bağırsaq) xərçənginə qarşı qoruyucu təsirə malikdir.

Ağ qan hüceyrələrinin artmasına dəstək olur

Bu toxumların digər mühüm xüsusiyyətlərindən biri də immun sistemimizin əsas müdafiəçiləri olan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırmasıdır. Bu da orqanizmin infeksiyalara və xəstəliklərə qarşı müqavimətini artırır.

Qırmızı bibər toxumlarını necə istehlak etməliyik?

Qırmızı bibər toxumlarını çiy halda yeməklərinizə əlavə edə, bişmiş bibərlə birlikdə qəbul edə və ya qurudub üyüdərək ədviyyat kimi istifadə edə bilərsiniz. Salat, şorba və tərəvəz yeməklərinə əlavə edildikdə həm dad verir, həm də sağlamlıq faydası artır.

Bibər toxumlarını israf etməyin

Ənənəvi olaraq atdığımız bu toxumlar əslində bədənimizin ehtiyac duyduğu qoruyucu gücə malikdir. Onları mətbəxinizdə istifadə etməklə həm immunitet sisteminizi möhkəmləndirə, həm də xərçəng kimi ciddi xəstəliklərin qarşısını almağa dəstək ola bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun