Faydalı
Qışda ekzema ilə necə mübarizə aparaq?
Faydalı
156

Qışda ekzema ilə necə mübarizə aparaq?

Ekzema (atopik dermatit, kontakt dermatit) gözlə görülə bilən, insanlarda diskomfort və kompleks yaradan xəstəliklər sırasındadır.

Bu sözləri E-saglam.az-a açıqlamasında Ailə həkimi Aidə Mirzəyeva deyib.

Onun sözlərinə görə, mənşəyi tam məlum olmasa da, bəzi mənbələrə görə immun sistemi ilə əlaqələndirilir. Dəridə quruluq, qaşınma hətta qanama ilə özünü göstərir. Quruyub pullanan qabarcıqlar müəyyən müddət sonra partlayaraq yaraya səbəb olur və mikrobların toplanması üçün əlverişli şərait yaranır.

Göstəriciləri nələrdir?

Dəridə quruluq;
Qaşınma;
Dəridə pullanma, qabıqlanma;
Qızartı;
İltihab;
Saç dərisində kəpəklənmə;
Dəridə çatlar.

Necə yaranır?
Ekzema triggerlərinə kimyəvi maddələr, təmizlik vasitələri, sabun, yuyucu vasitələr, siqaret tüstüsü, sintetik materialların dəri ilə təması, lateks, temperatur dəyişiklikləri, stress, allergiya, boyalar, dəri qulluğu vasitələri, ətirlər, heyvanlarla kontakt və s. aiddir.

Necə müalicə olunur?

Ekzemanın növünə görə xəstəyə individual müalicə təyin edilir. Müalicəsi üçün qaşıntını aradan qaldıran antihistamin preparatları, steroid və qeyri-steroid krem və məlhəmlər, qanın trofikasını yaxşılaşdıran preparatlar, immunosupressantlar, iltihab yaranarsa antibiotiklər istifadə oluna bilər. Lakin bütün bunlar həkim tövsiyəsi və nəzarəti ilə təyin edilməlidir. Bundan əlavə dəridəki quruluğu aradan qaldırmaq üçün bol su içilməli, nəmləndirici kremlərdən gündəlik istifadə edilməlidir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun