Tibbi xəbərlər
Qeysəriyyə zamanı hansı anesteziya daha uyğundur?
Tibbi xəbərlər
153

Qeysəriyyə zamanı hansı anesteziya daha uyğundur?

Qeysəriyyə zamanı hansı anesteziya daha uyğundur? Ümumi yoxsa belden( spinal, epidural və ya kombine)?

E-saglam.az xəbər verir ki, qadın xəstəlikləri uzmanı Səidə Səmədlinin sözlərinə görə, xalq arasında beldən keyleşmə olaraq bilinən bölgesel anesteziya tətbiq edildikdə qana anestezik maddə qarışmadığı üçün körpə də narkozdan təsirlənməmiş doğulur.  Ana körpəsinin doğulmasına şahid olur.

Ümumi narkozdan fərqli olaraq, beldən ağrısızlaşdırma zamanı əməliyyatdan sonra saatlarla əməliyyat nahiyyəsində ağrıkəsici təsir davam etmiş olur.

Ümumiyyətlə, ilk tərcihimiz ana və uşaq üçün faydalarını nəzərə alaraq regional( beldən) anesteziyadır.

Təbii ki, əməliyyat çox təcilidirsə və ya ana və döl üçün tibbi göstəriş varsa, umumi anesteziya tətbiq edilir.

Ən çox qarşılaşdığımız sual:

Beldən anesteziyadan sonra beldə ağrı yaranarmı?

Əməliyyatdan sonra yaranan bel ağrıları beldən ağrısızlaşdırma ilə əlaqəli deyildir. Əsasən, hamiləlik və sonrakı dövrdə mexaniki və s. təsirlər ilə əlaqəli olur

Bu anesteziyaya bağlı ən çox qarşılaşdığımız yan təsir - 3-5 gün davam edən müvəqqəti baş ağrılarıdır.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun