Tibbi xəbərlər
Qazax Müalicə Diaqnostika Mərkəzində azyaşlı əməliyyat zamanı ölüb
Tibbi xəbərlər
109

Qazax Müalicə Diaqnostika Mərkəzində azyaşlı əməliyyat zamanı ölüb

Qazax Müalicə Diaqnostika Mərkəzində azyaşlı əməliyyat zamanı ölüb.

İyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun