Xəbərlər
Qaxda bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib
Xəbərlər
360

Qaxda bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib

Dekabrın 11-i saat 23:26 radələrində 5 nəfər (2-si azyaşlı olmaqla) zəhərlənmə səbəbi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, saat 02:30 radələrində ambulator müalicə üçün evə buraxılıblar. 

Eyni zamanda, həmin şəxslər bu gün yenidən müayinə üçün tibb müəssisəsinə dəvət olunublar.

11:11

Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.

İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna fakt təsdiq edilib.

Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Vurğulanıb ki, faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun