Faydalı
Qatığa qatan kimi onun
Faydalı
415

Qatığa qatan kimi onun qida dəyərini İKİQAT artır

İllinoys Urbana-Şampeyn Universitetində aparılan araşdırma balın probiotik və prebiyotik təsirləri artırdığını ortaya qoyub.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bal qatığa əlavə olunduqda bu fermentləşdirilmiş süd məhsulunun sağlamlıq faydaları daha da güclənir.

Balın iltihabəleyhinə, antioksidant və antibakterial təsirləri onun qatıqla birləşməsini sağlamlıq baxımından daha dəyərli edir. Qatıq onsuz da zülal, vitamin və mineral baxımından zəngin, asan həzm olunan bir məhsuldur. Bal isə bu faydaları ikiqat artırmaqla, bağırsaq florasının qorunmasına, zərərli maddələrin orqanizmdən çıxarılmasına və immun sistemin dəstəklənməsinə yardım edir.

Nutritionist Dawn Jackson Blatner də bu birləşməni bağırsaq mikrobiomuna təsir edən əhəmiyyətli bir duo kimi qiymətləndirir. Mayo Klinikası isə balın hətta qastroenteritə bağlı ishalın qarşısının alınmasında faydalı ola biləcəyini vurğulayır.

UIUC-nin Qida Elmləri üzrə tədqiqatçısı Hannah Holscher qeyd edir ki, bal qatıqda olan faydalı bakteriyaların, xüsusilə Bifidobacterium animalis suşlarının bağırsaqda daha uzun müddət yaşamasına kömək edir. Bu isə təkcə həzm sisteminə deyil, əhval və koqnitiv funksiyalara da müsbət təsir göstərir.

Aralıq dənizi pəhrizinin əsas komponentlərindən sayılan bu ləzzətli qarışım səhər yeməyinə həm dad, həm də sağlamlıq qatır. Lakin balın yüksək kalorili olduğunu da unutmaq olmaz — faydasını görmək üçün onu ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun