Faydalı
Qara zirənin bu faydalarını bilənlər
Faydalı
269

Qara zirənin bu faydalarını bilənlər "ovuc-ovuc" yeyirlər

Qara zirə toxumu sağlamlığa çoxsaylı faydaları ilə tanınır. Xərçəngdən ürək xəstəliklərinə, diabetdən tənəffüs problemlərinə qədər bir çox xəstəliyə qarşı təsirli olduğu bildirilir. Müntəzəm istifadə edildikdə, immun sistemini gücləndirir və bədənin müqavimətini artırır.

E-saglam.az xəbər verir ki, xərçəngə qarşı qoruyucu təsiri ilə seçilir. Tərkibindəki timokinon maddəsi hüceyrələrin zədələnməsinin qarşısını alır və bəzi tədqiqatlara görə kemoterapi müalicəsinin yan təsirlərini azalda bilər.

Allergiya və tənəffüs problemləri üçün faydalıdır. Astma və bronxit kimi xəstəliklərdə nəfəs yollarını rahatlaşdırır və burun tutulmasını azaldır. Allergik reaksiyalara qarşı da təsirli olduğu elmi araşdırmalarla təsdiqlənmişdir.

Alzheimer xəstəliyinin gedişatını yavaşlatmağa kömək edə bilər. Beyin funksiyalarını dəstəkləyərək yaddaşı gücləndirdiyi bildirilir. Bu səbəbdən yaşlanma ilə bağlı idrak problemlərinin qarşısının alınmasında tövsiyə olunur.

Ürək-damar sağlamlığı üçün də əhəmiyyətlidir. Qan təzyiqini tarazlaşdırır, xolesterol səviyyəsini normada saxlayır və damarların tıxanmasının qarşısını alır. Şəkərli diabet xəstələri üçün də faydalıdır. Qan şəkərinin tənzimlənməsinə kömək edərək insulin həssaslığını artırır.

Həzm sisteminə də müsbət təsir edir. Qəbizliyi aradan qaldırır, mədə problemlərini azaldır və həzmi asanlaşdırır.

Qaraciyərin sağlamlığını qoruyur. Toksinlərin orqanizmdən atılmasını sürətləndirir və qaraciyərin funksiyasını yaxşılaşdırır.

Qara zirə toxumunun bir çox xəstəliklərə qarşı təsirli olduğu bilinsə də, istifadə etməzdən əvvəl həkim məsləhəti almaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun