Hematologiyanın inkişafı bir əsrdən çox əvvəl başlayıb və bu sahənin ən önəmli mərhələsi 1900-cü ildə Avstriyalı həkim Karl Landsteynerin qan qruplarını kəşf etməsi olub.
E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bu elmi nailiyyət tibb və transfuziologiyaya yanaşmanı dəyişib.
Elm adamları 35 qan qrupu və 300-dən çox birləşmə variantı müəyyən ediblər. Qan qruplarının yaranması bəşəriyyətin həyat şəraitinə uyğunlaşmasının nəticəsidir. Birinci qrup ovçu-yığıcılara, ikinci qrup əkinçilərə, üçüncü qrup isə köçəri xalqlara aiddir. Dördüncü qan qrupunun mənşəyi hələ də sirr olaraq qalır.
Hər qan qrupu müəyyən sağlamlıq xüsusiyyətləri ilə əlaqələndirilir. Birinci qrupun sahibləri allergiyalara, ikinci qrup qaraciyər problemlərinə, üçüncü qrup koronavirusa daha az həssasdır, dördüncü qrupun sahiblərində isə ateroskleroz riski yüksəkdir.
Həkim Aleksandr Myasnikov qeyd edir ki, hər qan qrupu müəyyən xəstəliklərə meyllidir: birinci qrupa mədə xorası, ikinci qrupa mədə xərçəngi, üçüncü və dördüncü qrupa isə mədəaltı vəzi xəstəlikləri daha çox diaqnoz qoyulur.