Tibbi xəbərlər
Qadın salonda manikürdən sonra nadir xəstəliyə yoluxub
Tibbi xəbərlər
626

Qadın salonda manikürdən sonra nadir xəstəliyə yoluxub - 1,75 milyon dollar tələb edir

Adının açıqlanmasını istəməyən amerikalı qadın manikür ustasının onu herpesə yoluxdurduğuna inandığı üçün dırnaq salonunu məhkəməyə verib.

E-saglam.az xəbər verir ki, bu barədə “People” nəşri yazır.

İddia ərizəsində qadın 2023-cü ilin iyun ayında salonda akril dırnaqları etdirdiyini, bundan sonra əllərində xoralar görünməyə başladığını, iki barmağının şişib və iltihablandığını bildirib. Həkimlər ona herpes virusunun yaratdığı və barmaqlarda təzahür edən dəri infeksiyası olan "herpetik panaritium" diaqnozu qoyublar.

Nəşr Klivlend Klinikasının məlumatlarına görə, dırnaq nahiyəsində herpes infeksiyası olduqca nadirdir - 100 min nəfərə yalnız iki hal müşahidə olunur. 

Şikayətçi qadın, amerikalı dırnaq ustasının onunla işləyərkən əlcək taxmadığını və alətləri konfet qutusunda saxladığını bildirərək şikayətlənib: "İltihab çox ağrılıdır. Mən həmişə onlar haqqında düşünürəm”.

Qeyd edək ki, indi qadın virusa qarşı dərmanlar qəbul edir, virus yoluxucu olduğu üçün əllərini bağlayır və bu xəstəliyi gələcək uşaqlarına ötürə biləcəyindən narahatdır. O, dəymiş ziyana görə salondan 1,75 milyon dollar tələb edir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun