Bəzi hallarda alma qabığı ilə yeyilə bilər.
E-saglam.az xəbər verir ki, bu sözləri diyetoloq Maqomedtagir İbrahimov "NEWS.ru" ilə söhbətində deyib. Lakin o, bu meyvənin qabığını soymağın zəruriliyini yüksək qiymətləndirib.
O, izah edib ki, almanın qabığı yaxşı yuyularsa, tərkibində pestisidlər və mum yox olarsa, qabığı ilə yeyilə bilər. Eyni zamanda, İbrahimov xəbərdarlıq edib ki, alma qabığında sellülozdan daha çox allergen, ağır metallar və mikroorqanizmlər ola bilər.
“Almanı qabığı ilə yeməkdən əvvəl onu axan suyun altında yaxşıca yumaq və zədələnmiş və ya çürük yerləri təmizləmək lazımdır”, - İbrahimov əlavə edib.
Tərcümə etdi: Könül Oruc