Faydalı
Qabığı ilə yeyilir, immuniteti gücləndirir,
Faydalı
634

Qabığı ilə yeyilir, immuniteti gücləndirir, xolesterini aşağı salır, piyləri yandırır

Kumquat (kinkan) immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir və xüsusilə soyuqdəymə və qripə qarşı təbii qoruma təmin edir.

E-saglam.az xəbər verir ki, qabığı ilə yeyildiyi üçün yüksək lif tərkibi bağırsaq fəaliyyətini yaxşılaşdırır, həzmi asanlaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır. A və C vitaminləri sayəsində dəri sağlamlığını qoruyur, qırışların yaranmasını azaldır və dərini daha parlaq göstərir. Eyni zamanda, göz sağlamlığını dəstəkləyən beta-karotinlə zəngindir.

Kalium tərkibi qan təzyiqini tarazlayaraq ürək-damar sağlamlığını qorumağa kömək edir. Antioksidant xüsusiyyətləri pis xolesterinin səviyyəsini aşağı salır və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Aşağı kalorili və yüksək lifli olması onu pəhriz saxlayanlar üçün ideal seçim edir, çünki uzun müddət toxluq hissi yaradır və maddələr mübadiləsini sürətləndirərək piylərin yanmasına kömək edir.

B qrupu vitaminləri və efir yağları sinir sisteminə müsbət təsir göstərir, stressi və narahatlığı azaldır. Gün ərzində bir neçə kumquat yemək həm bədəni gücləndirir, həm də psixoloji rahatlıq təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun