Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir.
Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan bildirib ki, lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur.
Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.