Tibbi xəbərlər
Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA
Tibbi xəbərlər
297

Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA

Sabahdan iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Bəs peyvəndin birinci dozasını vurduran şəxslər mehmanxanalarda qala bilərmi?

E-saglam.az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən mehmanxanalara buraxılacaqlar:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, peyvənd vurduran şəxslər COVID-19 pasportu ilə hotellərə daxil ola bilərlər”.

Koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə də buraxılacaqlar”.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamsında bildirib ki, sentyabrın 1-dən mehmanxanalarda, iri ticarət və ictimai iaşə obyektlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edəcəklər:

“Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”.

O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun