Xəstəliklər
Peyvənd olunanlar nə üçün koronavirusa yoluxur? - Baş infeksionistdən CAVAB
Xəstəliklər
259

Peyvənd olunanlar nə üçün koronavirusa yoluxur? - Baş infeksionistdən CAVAB

Son günlər sosial şəbəkələrdə müzakirə mövzularından biri də peyvənd olunduqdan sonra COVID-a yoluxanlarla bağlıdır.

E-saglam.az xəbər verir ki, bu barədə lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, peyvənd canlı virus deyil:

"Sözügedən şəxslər ola bilər ki, peyvənd vurulan məntəqələrdəki sıxlıqla əlaqədar virusa yoluxsunlar. Və ya onlar peyvənd edilmədən qabaq da koronavirus xəstəsi ilə bilmədən əlaqədə ola bilərlər.

Vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, peyvənd olunmaq üçün getdikləri məntəqədə ehtiyatlı olsunlar və sosial məsafə saxlasınlar".

T.Eyvazov əlavə edib ki, peyvəndin qoruyuculuğu üçün bir müddət vaxt keçməlidir:

"Peyvəndin ilk dozasından sonra virusun yoluxma riski ola bilər. Eləcə də hər iki dozadan sonra ən azı 2 həftə keçməlidir ki, peyvənd koronavirusa yoluxmadan insanları qoruya bilsin. Həmin müddət keçməsə, peyvənd vurulmuş sayılmır".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun