Qidalanma
Pendir bu şəxslərə faydadan çox zərər verir -
Qidalanma
510

Pendir bu şəxslərə faydadan çox zərər verir - Həkim açıqladı

Bəzi xəstəliklər üçün pendir istehlakını məhdudlaşdırmaq daha yaxşıdır.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova "RİA Novosti" ilə söhbətində pendirin təhlükələri barədə xəbərdarlıq edib.

Onun fikrincə, allergiyası olan şəxslərə pendir yemək olmaz: "Pendir yemək hətta bəzən miqreni də təhrik edir. Pendirdəki tiramin və qlutamik turşu ağrıya səbəb ola bilər.

Pendirin tərkibində böyük miqdarda olan duz da insana zərər verir. Məsələn, 60 qram çedar pendirinin tərkibində 350 milliqram duz var".

Suxorukova əlavə etdi ki, qidada yüksək duzun olması qan təzyiqini və osteoporozun inkişaf riskini artırır, çünki bu, bədəndən kalsiumun yuyulmasına səbəb olur.

Qastroenteroloq qeyd edib ki, bu səbəbdən artrit, hipertoniya və ya artıq çəkisi olan insanlar pendir yeməməlidir.

Suxorukova onu da qeyd edib ki, süd məhsullarının kişi sağlamlığına təsir etdiyini göstərən araşdırmalar var.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun