Faydalı
Paketlənmiş şirniyyatları alarkən nələrə diqqət etməliyik?
Faydalı
202

Paketlənmiş şirniyyatları alarkən nələrə diqqət etməliyik? TÖVSİYƏ

Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq marketlərdə və bazarlarda satışa çıxarılan paketlənmiş bayram şirniyyatlarının sayında artım müşahidə edilir. Bəzi insanlar bu cür məhsullara maraq göstərirlər.

Bəs paketlənmiş bayram şirniyyatları alarkən nələrə diqqət yetirmək lazımdır?

E-saglam.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün mallar qablaşdırılmış olmalıdır.

"İstər karton, istər sellofan, istər digər qablaşdırma materialları olsun. Hər bir məhsulun üzərində onun son istifadə müddəti qeyd edilməlidir", - deyən E.Hüseynov bayram şirniyyatları kimi məhsullar üçün istifadə müddəti və saxlanma şəraiti barədə məlumatın göstərilməsinin vacib olduğunu vurğuladı.

E.Hüseynov həmçinin qeyd etdi ki, əgər məhsul artıq istifadə müddətinə yaxınlaşıbsa, onu almağa ehtiyac yoxdur, onu saxlamaq da düzgün deyil:

"Alıcılar, bu səbəbdən məhsulun son istifadə tarixini diqqətlə yoxlamalıdırlar. Əgər alıcı məhsulda hər hansı bir problem ilə qarşılaşarsa, bu tip məhsulları 14 gün müddətində dəyişmək və ya geri qaytarmaq hüququ var. Qüsurlu məhsullar isə dəyişdirilə bilər. Alıcıların bu qaydalara riayət etməsi, sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun