Faydalı
Öskürək və köpün dərmanı
Faydalı
513

Öskürək və köpün dərmanı - Razyana

Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir, amma daha böyük, daha ətirli bitkidir.

E-saglam.az razyana barədə faydalı məlumatı təqdim edir.

Razyana toxumlarının tərkibindəki 4-6 faiz efir yağı var. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Razyananı məhz  tərkibindəki efir yağı üçün becərirlər. O yabanı formada istənilən çətin şəraitdə yetişir, quraqlığa davamlıdır.
Dərman məqsədilə  budaqlarından və toxumlarından istifadə olunur. Qurudulmuş və yaşıl halda istifadə olunur. 

Razyana çayı tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur.

Razyana öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

Razyana toxumlarından alınan efir yağı mədə ağrılarına və öskürəyə yaxşı təsir göstərir.

Razyana və şüyüd suyu südəmər uşaqlarda həzm sistemini yaxşılaşdırır, köpü aradan qaldırır.

Razyananın toxumundan və yağından qənnadi və şirniyyat məmulatlarının hazırlanmasında istifadə olunur. /lent.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun