Tibbi xəbərlər
Ölmüş toxumaları "dirildən" material
Tibbi xəbərlər
238

Ölmüş toxumaları "dirildən" material icad edildi

ABŞ-nin Pensilvaniya Universitetinin amerikalı alimləri, canlı toxumaların davranışını təqlid edə bilən unikal "LivGels" materialını hazırlayaraq biomühəndislik sahəsində böyük irəliləyişə nail oldular.

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Materials Horizons" jurnalında dərc edilib.

Bildirilir ki, "LivGels"in əsas xüsusiyyəti onun qeyri-xətti möhkəmlənmə və regenerasiya qabiliyyətindədir.

"Qeyri-xətti möhkəmlənmə materialın mexaniki qüvvələrin təsiri altında daha sərt olmasına imkan verir, regenerasiya isə zədələrdən sonra bərpa olunmağa imkan verir. Bu xüsusiyyətlər "LivGels"i regenerativ təbabət, xəstəliklərin modelləşdirilməsi, üçölçülü bioyazma və yumşaq robotexnika üçün ideal namizəd edir".

Alimlər konkret toxuma növləri üçün "LivGels"in optimallaşdırılması üzərində işi davam etdirməyi, onun regenerativ təbabətdə tətbiqi imkanlarını öyrənməyi və 3D-bioyazma texnologiyaları ilə inteqrasiya etməyi planlaşdırırlar. Bundan əlavə, bu innovativ materialın geyilə bilən cihazlarda və implantlarda istifadə potensialı nəzərdən keçirilir. (oxu.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun