Sağlamlıq
Nə meyvə, nə də tərəvəz:
Sağlamlıq
682

Nə meyvə, nə də tərəvəz: Bu ucuz qida xərçəng riskini azaldır

Kolon xərçəngi riskini azaltmaq üçün bahalı qida əlavələrinə ehtiyac yoxdur. Mütəxəssislər bildirir ki, sadə və ucuz bir qida— qatıq, bu xəstəliklə mübarizədə mühüm rol oynaya bilər.

E-saglam.az xəbər verir ki, hər gün bir porsiya qatıq yemək sağlamlığınıza ciddi təsir göstərə bilər. Son illərdə bağırsaq xərçəngi hallarının artması narahatlıq doğurur. Xüsusilə gənclər arasında bu xəstəliyin yayılması diqqət çəkir. Mütəxəssislər bağırsaq xərçənginin yaranma səbəbləri arasında qeyri-sağlam qidalanmanın mühüm rol oynadığını bildirir.

Qatığın xərçəngə qarşı qoruyucu təsiri

Ultra emal olunmuş qidaların istehlakı artdıqca, alimlər bəzi qidalanma vərdişlərinin xərçəngin qarşısını almaqda faydalı ola biləcəyini vurğulayır. Onkoloq və biotibbi elmlər professoru Justin Stebbing qatığın, xüsusilə müntəzəm istehlak edildikdə, aqressiv xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə biləcəyini qeyd edir.

Stebbing "Gut Microbes" jurnalında dərc edilən araşdırmaya istinad edərək, qatığın bağırsaq mikrobiomunu gücləndirməklə xərçəng riskini azalda biləcəyini bildirib. Onun sözlərinə görə, sağlam bağırsaq bakteriyaları güclü immun sisteminin əsasını təşkil edir və iltihabı azaldaraq xərçəng riskini minimuma endirə bilər.

Bununla belə, qatığın növü də vacibdir. Şəkər əlavə olunmuş qatıq növləri sağlamlığa faydadan çox zərər verə bilər. Mütəxəssislər düz, tam yağlı yunan qatığının ən faydalı canlı bakteriyaları ehtiva etdiyini və bağırsaq sağlamlığı üçün ən yaxşı seçim olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun