Xəstəliklər
Myasnikov xərçəngin yaranma səbəblərindən danışdı
Xəstəliklər
328

Myasnikov xərçəngin yaranma səbəblərindən danışdı

Moskvanın 71 saylı xəstəxanasının baş həkimi, teleaparıcı Aleksandr Myasnikov xərçəng xəstəliyinə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.

E-saglam.az xəbər verir ki, sağlam olmayan pəhrizin hər beşdə biri xərçəngə səbəb olur.

Həkim piylənməyə səbəb ola biləcək və nəticədə qanda insulin səviyyəsini artıracaq qidalardan uzaq durmağı tövsiyə edir. Myasnikov vurğulayıb ki, diabet xəstələrində bədxassəli şiş riski 8 dəfə artır. O, un məhsullarının zərərlərini sadalayıb.

Həkim “Rossiya-1” telekanalında “Şəkər, duz, düyü, makaron, çörək yeməyə ehtiyac yoxdur. Bütün bunlar kökəlməyə, şəkərin artmasına və xəstəliklərə, xərçəngə səbəb olur” deyib.

Myasnikov hətta orta dozada döş və bağırsaq xərçənginin inkişaf riskini artıran spirtli içkilərdən də danışıb. Həkim qeyd edib ki, çox miqdarda duz istehlakı mədə xərçənginə səbəb ola bilər - duz, spirtli içki və siqaret kanserogen maddələrdir. // Publika.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun