Müharibə vaxtı arxa cəbhə iştirak edənlər şikayətçidir: "Vətən müharibəsi iştirakçısı" adını hələ də ala bilməyiblər.
Məsələ ilə bağlı Yevlax rayonunun Malbinəsi və digər kəndlərindən olan şikayətçilər E-saglam.az saytına müraciət edərək, məsələnin işıqlandırılmasını istəyiblər.
Sayta müraciət edən Musayev Elməddin Köçəri oğlu bildirib:
"Vətən müharibəsi zamanı hərbi sursatların, ağır artileriya və top mərmilərinin yüklənməsi, daşınması, döyüş nöqtələrinə boşaldılması, ərazidən yığılması, vurulmuş hərbi texnikaların yüklənməsi və təmiri, geyimlərin daşınması və yuyulması, bütün növ ərzaqların daşınaraq təminat nöqtəsinə çatdırılması, çörək bişirilməsi və s. işləri yorulmadan, usanmadan həyata keçirmişik. Ancaq ötən dövr ərzində bizim hüquqlarımız kobud şəkildə pozulub və biz "Vətən müharibəsi iştirakçısı" statusunu ala bilməmişik. Bxmayaraq ki, müharibədən sonrakı ilk vaxtlarda bizim müvafiq sənədlərimiz aidiyyatı üzrə, Müdafiə nazirliyinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hətta bizə veteranlar üçün ödənilən müavinətə görə, plastik kartlar belə verilmişdi. Amma bizə bəlli olmayan səbəblərdən, kimlərinsə qanunsuz müdaxiləsindən sonra bizim "Vətən mühairbəsi iştirakçısı" statusumuzun üstündən xətt çəkdilər. Konkret desək, bu məsələ hərbi hissə tərəfindən əmrləşdirilməyib".
Ətraflı şəkildə fotolarda və videolarda: