Xəstəliklər
Mu" ştammının əlamətləri məlum oldu - Həkimdən AÇIQLAMA
Xəstəliklər
296

Mu" ştammının əlamətləri məlum oldu - Həkimdən AÇIQLAMA

“COVID-19 xəstəliyini törədən SARS-CoV-2 virusu mutasiya olunmaqda davam edir”.

E-saglam.az xəbər verir ki, bu fikirləri lent.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 

Həkim qeyd edir ki, hələlik ən təhlükəli mənzərəni “Delta” ştammında görürük: "İstər dünyada, istərsə də Hindistanda yayılmağa başlayandan sözügedən ştammın yaratdığı mənzərə göz önündədir. Azərbaycanda “Delta” ştammından xeyli sayda insan vəfat edib. Hazırda dalğa ən pik dövrünü yaşayır. Bununla yanaşı mutasiya prosesi də davam edir”.

Adil Qeybulla bildirir ki, virusun mutasiyası nəsticəsində “Mu” ştammı deyilən növ peyda olub: 

“Bu ştammda da orqanizmdə ümumi halsızlıq, dad və qoxu bilmə hissini itirmək, əzələ, baş ağrıları və.s müşahidə olunur.

Hazırda alimlər hesab edir ki, “Mu” ştammı “Delta” ştammına nisbətən zəifdir. Bu baxımdan da müəyyən bir dövrdən sonra virusun mutasiyası nəticəsində yoluxucu, öldürücü qabiliyyətinin zəifləyərək yoxa çıxması gözlənilir. Həmin SARS-CoV-2 virusu da ya yoxa çıxacaq, ya da mövsümi soyuqdəymə xəstəliklərini törədən viruslardan birinə çevriləcək.

Düşünürəm ki, “Mu” ştammı ilə proses zəifləməyə doğru gedə bilər". 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun